15 Nis 2014

VİRTUAL HƏYATDAN...





Sonra da deyirler bütün günahlar valideyinlərdədi,valideyinlər övladlarına deyirlər ki,dinimizdə olmayanları edin bəyəm?Dinimizdə bəli...Çünki cəmiyətin alisi olan insanların özləri ilə cəmiyətimizdən  halal ömür aparımasında yardımçı olaraq  dini qanunlarımızdan  üstün yoxdu.Bu yazımda dindən danışmaq məqsədim yoxdu,dini dəlillər göstərməkdən başqa.Evvəla bütün insanlar bir deyil,biri haqqında deyiləni hamı haqqında anlamaq,yaxud demək nadanlıqdan özgə heç nədir.
"İnsanlar azaddır,seçimləri əllərindədir".Amma nədənsə bunu  gənclər daha çox deyir.Bəlkə də haqlıdırlar,bəlkə də yox.Azad olmaq gözəldi,amma razılaşaq ki,yalnız zamanında hər şey gözəldi.Evdən azad buraxılan övlad ,fərqi yoxdu oğlan ya qız bundan cəmiyyətin buyurduğu formada istifadə edəcəkmi? Bir məqamı unutmayaq ki,vicdanlısı,namusdusu bu azadlıqların qədərində istifadəçisi olacaq.Vay vicdanının səsinə qula asmayana,özünə,cisminə hörmət etməyənə.Cəmiyyətimizdə azadlığın özünü həddən çox göstərdiyi tərflərdən bir də yeniyetmələrin sosial şəbəkələrə axınıdır.Əvvəla sosial şəbəkələrdən istifadə etmək eyib və günah deyil.Kimsə də buna hamı adından pis baxa bilməz .
Müasir dövrdə ürəyağrıdıcı bəlaya çevrilən sosial şəbəkələr-virtual yaşam yerindən qalxanı özünə çəkir.Bunun əlehinə deyiləm,qədərində olmamasının əlehinəyəm.Buna görə də həddini aşanları qınayıram."Texnologiya inkişaf edib,internet əsridi" deyib normal qəbul edirik.
Bəs görəsən günün virtualda keçirən nə düşünür?
Elimçilər internetin insan orqanizimine mənfi fəsadlarını deyirlər.Mənim fikirimcə sosial şəbəkələrin əxlaqa,insan mənliyinə və mənəvi zərbəsinin faciəyvi təsiri orqanizimə təsirini üstələyir.sadə bir misal:
Virtualda tanış olub,görüşə təşrif buyuran bir qızın sonradan gözüyaşlı qalması ...Nədir axı bu gözyaşının,peşmançılığın səbəbi? 
-günah öləndə olduğun eşitmisiniz!...Əxlaqın yol veribsə dünya vecinə deyil,üzülməyə dəyməz sən üçün...Kənardan üzürlər xəbərin olmasa da...
Sosial şəbəkələrdən istifadənin yeniyetmə xanımlar və xüsusəndə yeniyetmə qizlar-az öncə qeyid etdiyim o azadlıqsevərlər və oğlanpərəstlər tərəfindən(təbbi ki,hamıya aid deyil) əyləncə,mənlikkirləndirən vasitə kimi istifadə etmələrinin az şahidi olmuruq. Elə birinə rast gəlirsən özünü realda elə göstərir  az qala qiptə etməyə macal axtarırsan,amma bir az sonra hansısa birinin üzür istəyirəm " fırlatmağa məsləhət gördüyü" və ya "fırlatdığı" olduğunu görürsən.

Yaxşı yaxşıdı,əxlaqına afərin! Zamandan,məkandan asılı olayaraq əmin ol ey qardaş,ey ata,ey ana.








5 Mar 2014

İLK KAĞIZIN YARANMASI...


Ilk kağızın yaranması...



Bəşər tarixində minlərlə kəşf və ixtraların şahidi oluruq.Həmin kəçflərdən biri də kağızın kəşfidi.Kağızın istehsalı bəşər tarixinin ən böyük yeniliklərindən biri olmaqla sivlizasiyalararası əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.Kağızın meydana gəlməsi ilə bağlı bir-birindən çox da fərqlənməyən mənbələr movcddur.Səlnamələrə əsasən kağız b.e.105-ci ildə Tsay Lun tərəfindən Çində meydana gəlmişdir.Ancaq 1957-ci ildə Çinin şimalında Şensi əyalətində Baotsya mağarasında aparılan tədqiqatlara əsasən kağız ilk dəfə II minillikdə hazırlanıb.Lakin dünya xalqlarına kağız bəxş edən çinlilər uzun müddət-VIII əsrin ortalarına qədər bu kəşfin sirrini gizli saxlamışdılar ki,bu da kağızın dünya ölkələrinə yayılmasına əngəl olmuşdur.
Çinlilər kağızı düzəltməyi  eşşəkarılarından öyrəndiklərini deyirlər.Onlar "əsrlər boyu  kağız  əllə hazırlanıb, xammal kimi əski, çətənə lifi, saman, ağac qabığından istifadə etdiklərini"deyirlər.
Kağızın digər ölkələrə yayılması onun icad edilməsi qədər vacib və əhəmiyyətli proses olmuşdur.Çünki istər qonşu,istər də qonşu olmayan xalqlararası yazışma işlərindən tutmuş, cəmiyyətin informasiya ehtiyacında son dərəcə vacib olan kağızın uzun müddət gizli saxlanılmasına cəmiyyət özü biganə qala bilməzdi.Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi.Eyni zamanda kağızın istehsalı ilk kitab kəşfinin reallaşmasında son dərəcə vacib və həlledici rola malik olmuşdur.
Kağız yazı və  kitab nəşri üçün ümumdünya materialıdır.


20 Oca 2014

20 YANVAR 1990-CI İL

1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqıamızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çaar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən



biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.