11 Ara 2013

Onları ləyaqət axtarır


                                                  


  Son zamanlar gənc yazarlarından olan tarix elmlər namizədi, əməkdar jurnalist Natiq Məmmədli real həyat hekayələrini qələmə aldığı  "Ləyaqət düsturu” kitabı ilə qısa müddətdə istedadlı yazar olduğunu təsdiq etdi.
Əvvəla onu deyək ki,bəşəri mövzuları  özündə ehtiva edən əsərə zamanla,dövrlə qiymət verilmir. Bu cür əsərlərlə ədəbiyyatımız zəngindi.Qədim dövrdə Nizaminin,orta dövrdə Füzulinin,bəşəri ideaları bu günkü ədəbiyyatımızın başucalığıdır.Həmin ideaları müasir ədəbiyyatımızda yaşadan əsərlər az deyil.O  cürə ustalıqda olmadıqlarına baxmayaraq belə.
Şəxsən mənim üçün sevindirici haldır ki, Natiq Məmmədlinin "Ləyaqət düsturu” adlı hekayələr kitabı maraqlı və qiymətlidir.Həmin hekayələri mütaliə etdikdən sonra özümdə mənəvi cəhətdən daha da qidalandığımı,həmin hekayələrdə çox ustalıqla çözülən real hadisələrə yanaşma tərzimin  dəyişdiyini hiss etməyə bilmirəm. Əlbətdə bunlar məhs kitabın dəyərli olmasının, təsir gücünü  göstərən amillərdir. Hekayələri diqqətlə  oxuduqda Natiq müəllimin nə dediyini,hansı bəşəri mövzuları gündəmə gətirdiyini çox aydın hiss edirsən.
Vahid süjet xətti olmayan, müxtəlif mövzuda, ancaq sadə dillə qələmə alınmış 18 hekayədən ibarət olan bu kitab həcmcə kiçik olsa da, mənaca dərindir. Həmin hekayələri oxuduqda  onların hər birinin müxtəlif hadisələrdən bəhs etdiyini görürük.Maraqlıdır ki müəllif  həmin hadisələrdə şahid kimi çıxış edir. Bu da həmin hadisələrin həm təsir gücünün artması,həm də reallığı baxmından çox əhəmiyyətlidir.
Kitab elə birinci hekayənin adıyla başlayır- "Ləyaqət düsturu" hekayəsi ilə.Olduqca sadə, anlaşıqlı dildə yazılan hekayələr toplusu içində diqqəti daha da çəkən hekayələrdəndir.Bu hekayəni oxuyanda istər qədim dövr,istərsə də orta dövr ədəbiyyatı xəyalımda canlandı.
Bu cürə kiçik bir hekaydə -  "Ləyaqət düsturu” hekayəsində  müəllif bir neçə obrazın simasında bu düsturun açılışını çox aydın açır.Cəmiyyətdə müəyyən nüfuza, vəzifəyə sahib olan bir şəxs üçün öz  ləyaqətinin qiymətini  pulda,var-dövlətdə,gah da fermer təsərrüfatının qiyməti ilə ölçməsi,ləyaqətinin tedilməsi əvəzi  kimi cərimə tələb etməsi məhs onun özünün  faciəsidir.Yazıçı hekayənin qəhramanı Cəsarət müəllimin simasında bunu tam acıb,ortaya qoyur.O,pulu insani dəyərlərdən - vicdan, şərəf və ləyaqətdən üstün tutur, pulla hər şeyin həlli görür.
Kiçik bir dioloqa nəzər salaq :
"- Qeyrət, səncə mənim ləyaqətim neçəyə olar?
-Ürəyin nə qədər istəsə. Mən ərizəni yazıb, necə lazımdır əsaslandıraram. Qiymətini isə sən de.
-Özün deyə bilmirsən?
-Cəsarət müəllim, qorxuram mən dediyim az çıxa, özünüz bilən məsləhətdir.
-Deyirsən mənim ürəyimdən neçə keçsə deyə bilərəm?
-Əlbəttə, ləyaqət sənindir, neçəyə isətəsən, sata bilərsən...e-e-eh, üzr istəyirəm, qiymət qoya bilərsən..."
 Razılaşaq ki,müəllifin bu kiçik dioloqla nə dediyini anlamaq çox asanddır.
Ümumuilikdə "Ləyaqət düsturu" hekayəsi   ləyaqəti pulla ölçən şəxslərin haqqında yazılmış hekayədir və onun də əsas məğzini də  bu təşkil edir.Hesab edirəm ki,"Ləyaqət düsturu" hekayənin hədəflərinə arnamə,bu hədəflərə meyillilərə isə ibrətnamədir.Daha doğrusu,yazıçı  Cəsarət müəllim,Qerət və bu tipli insanlara bədii yolla,lakin çox ustalıqla "ar olsun"deyirsə,digərlərinə istər oxuclara,istərsə də o cürə insanları taniyanlara bundan ibrət almaqlarını göstərir.
Sonda gənc yazar Natiq müəllimə uğurlar arzulayır və sənət yolunun hər zaman yolçusu olmasını diləyirik...
Kainat Şirinov
ADU-nun Filologiya və Jurnalistika fakültəsinin II kurs tələbəsi
 .

Uydurma ermeni mifinin realliqlari

http://vazehasgarov.blogspot.com/2013/01/uydurma-ermeni-mifinin-realliqlari-bu.htm
l?spref=fb



Sparkline 2,561


jeudi 17 janvier 2013




Uydurma ermeni mifinin realliqlari



         Bu gunlerde Strasburqun yerli qezetlerinin birinde (DNA) 43 yashli bir azerbaycanli esilli qadinin supermarketden ogurluq etdiyine gore polis terefinden saxlanildigi xeberini oxudum. Qadin bundan qabaq da bu cur emeller toretdiyine gore 6 ayliq hebs cezasi almishdi. Qeyd edim ki, son iller erzinde bu cur xeberler ile daha çox rastlashmaqdayam. Yeqin ki, bir nece hefte once telefon ve qizil esyalari dukanlarinin da qaret olunmasi ve bu ishde azerbaycanlilarin eli oldugu xeberinden de xeberiniz var. Elbetde ki, insanda bezi suallar yaranir, axi kimdir bu "azerbaycanlilar"?
       Bildiyiniz kimi immiqrasiyanin bir neçe novleri var. Hal-hazirda, Avropanin qapilari en-enevi immiqrasiya novlerinden sayilan ; ish, iqtisadi, shexsi, aile zeminli, maliye (Gerard Dépardieu), siyasi ve s. ucun hec de aciq deyil. Demeli, inkishaf etmish qerb olkelerinde yerleshmek ucun bashqa novlere el atmaq lazim gelir. Tarixe nezer salsaq ermenilerin XIX esrin sonlarindan bashlayan "Boyuk Ermenistan" yaratmlaq iddiyasi mueyyen merheleler ile ugurla heyata kecirilmish ve sonda azerbaycanlilarin hemishe coxluq teshkil etdiyi torpaqlarda Ermenistan dovleti qurulmushdu. Hetta Sovet Ittifaqina aid edilen dovrde bele Ermenistan oz tormaqlarini bir nece defe genishlendirmeye muveffeq omush ve musteqil Azerbaycanin indiki dovrunde 20% torpaqlarina nezaret etmeye nail olmushdu. 
       Ateshkes dovrunde siginacaq almaq ucun en çox istifade edilen immiqrasiya novlerinden "aile zeminli" sayilmaqdadir. "Qarishiq aileler" (famille mixte) adi altinda Fransaya muhaciret eden azerbaycanli isterse de ermeni ailelere rast gelmekdeyik. Apardagim tedqiqatlara gore bu üsul qerb olkelerinde yerleshmek ucun en çox istifade edilen sebebdir ki, ermenier bundan çox boyuk ugurla istifade edirler.  Defelerle sozu geden ailelerin dosyelerini oyrenmish ve demek olar ki, ekseriyyetinin saxta olmasinin eyani shadi olmusham. 
      Yarim milyon sayi olan Fransa ermenileri bu olkede kifayet qeder onemli pese sahibi olmasina baxmayaraq hal-hazirda bu olkenin ali mekteblerinde azerbaycandan olan telebelerinin sayi daha artiqdir. Lakin Fransa dovleti eyni sebeb ile muraciet eden ermeni vetendashlarina daha çox onem verib oz erazisinda yerleshdirmesi de vakt olaraq qalmaqdadir. Qeyd etdiyim kimi en çox istifade edilen sebeb de mehz aile zeminli (famille mixte) qalmaqdadir. Bir çoxlarina muhaciret heyati shekillerde, kinolarda ve s. olmadigindan mueyyen psixologi problemler yaradir. Senedleri dovlet orqanlarina teqdim olunduqdan sonra  xususi nezerde tutulmush evlerde (foyer) yerleshdirilen miqrantlar   mueyyen telabatlarini odemek ucun cuzi yardimlar alirlar. Senedlerin oyrenilmesi bir nece aydan bir nece ile qeder cekir ve bu muddet erzinde daha çox bosh vaxtlari olan   "gelmeler" oz meshguliyyetlerini kicik ogurluqda gorurler. Lakin eminlikle qeyd etmek isterdim ki, azerbaycanlilar bu ishlere o qeder de meyilli olmurlar. Bele ki,  Qafqazdan olan miqrantlar arasinda en "teshkil olunmush" yeni mueyyen maliye imkanlari  ile miqrasiya edenler mehz azerbaycanlilardir. 
          Buradan bele bir netice cixir ki, azerbaycanli adi ile Fransaya muhaciret etmish ermeniler dushdukleri veziyyetden asli olaraq ozlerini ermeni ve ya azerbaycanli kimi teqdim etmeyi bacarir ve bununla da Azerbaycanin imicine zerbe vurmaqdan hezz alirlar. 
     Yazimi bir anektod ile yekunlashdirmaq isterdim: Ozunu Fransada yari ermeni yari azerbaycanli kimi teqdim eden aileye yalan danishib danishmadiqlarini oyrenmek ucun muxtelif suallar verirler. Bakinin muxtelif yerlerini eks etdiren shekiller arasinda mohteshem Qiz Qalasinin da shekli olur. Ermeni ailesinden bu qalanin hansi dovre aid oldugunu xeber alanda elbetde ki, hec bir tesevvuru olmayan ermeni shekilde olan tesvirin tanimadigini demek ile kifayetlenir. Artiq mueyyen bicliklere el atmaga mecbur olan xususi xidmet orqan emekdashinin shekili tanimadigina gore teecubunu goren ermenin cavabi ise -ARA BIZ BAKINI TERK EDENDE BU QALA HELE TIKILMEMISHDIR" olur. 

VAZEH,  17/01/2013

8 Kas 2013

Gənc rəssam...


Gənc rəssam Rüfət Babayev

Mən rəssamlıq istedadımı davam etmək fikrindəyım...

23 Eki 2013


  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

  • 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

  • 1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
  • 1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Abid Qoca oğlu Şərifov;
  • 1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Elçin İlyas oğlu Əfəndiyev;
  • 1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
  • 1.5. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Əli Şamil oğlu Həsənov;
  • 1.6. Azərbaycan Respublikası Baş nazirinin müavini – İsmət Dursun oğlu Abasov;
  • 1.7. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
  • 1.8. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Hüseynqulu Seyid oğlu Bağırov;
  • 1.9. Azərbaycan Respublikasının energetika naziri – Natiq Ağaəmi oğlu Əliyev;
  • 1.10. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;
  • 1.11. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Səlim Yanvar oğlu Müslümov;
  • 1.12. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
  • 1.13. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
  • 1.14. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;
  • 1.15. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri – Şahin Abdulla oğlu Mustafayev;
  • 1.16. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Heydər Xanış oğlu Əsədov;
  • 1.17. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
  • 1.18. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri – Əbülfəz Mürsəl oğlu Qarayev;
  • 1.19. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri – Eldar Əhməd oğlu Mahmudov;
  • 1.20. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
  • 1.21. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
  • 1.22. Azərbaycan Respublikasının nəqliyyat naziri – Ziya Ərzuman oğlu Məmmədov;
  • 1.23. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri – Əli Məmməd oğlu Abbasov;
  • 1.24. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
  • 1.25. Azərbaycan Respublikasının təhsil naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
  • 1.26. Azərbaycan Respublikasının vergilər naziri – Fazil Əsəd oğlu Məmmədov;
  • 1.27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
  • 1.28. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri – Nazim Hüseyn oğlu İbrahimov;
  • 1.29. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Elşad Hüseyn oğlu İskəndərov;
  • 1.30. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Aydın Əli oğlu Əliyev;
  • 1.31. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Arif Mikayıl oğlu Vəliyev;
  • 1.32. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Abbas Abbas oğlu Ələsgərov;
  • 1.33. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Qərib Şamil oğlu Məmmədov;
  • 1.34. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;
  • 1.35. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri – Rüfət Cəbrayıl oğlu Aslanlı;
  • 1.36. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri – Ramiz Ayvaz oğlu Həsənov;
  • 1.37. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Firudin Hilal oğlu Nəbiyev;
  • 1.38. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
  • 1.39. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov;
  • 1.40. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi – Qüdrət Qəmbər oğlu Qurbanov;
  • 1.41. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru – Fuad Hidayət oğlu Quliyev;
  • 1.42. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi – Ataxan Əvəz oğlu Paşayev.

  • 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • İlham Əliyev
  • Azərbaycan Respublikasının Prezidenti
  • Bakı şəhəri, 22 oktyabr 2013-cü il.

12 Eyl 2013

Azərbaycan Dillər Universiteti


                         
           

                1972-cü ildən SSRİ-nin 50 illiyi adına Dillər İnstitutu kimi müstəqil fəaliyyət göstərir. İlk dövrdən ali məktəb xarici dillər üzrə müəllim və tərcüməçi kadrlar hazırlamışdır. Bundan əvvəlki dövrdə Dillər İnstitutu Rus dili və Ədəbiyyatı İnstitutu ilə vahid ali məktəb kimi fəaliyyət göstərmişdir. Ötən dövr ərzində institutun maddi texniki bazası, elmi-pedaqoji kadr potensialı, kafedra, fakültə və ixtisaslarının keyfiyyət və kəmiyyət göstəriciləri xeyli yüksəlmişdir.


İnstitutda tələbələrin təlim tərbiyəsi ilə 600-ə yaxın müəllim, o cümlədən 37 nəfər professor, 157 nəfər dosent, 211 nəfər baş müəllim, 157 nəfər müəllim məşğul olur.
ADDİ-də ixtisasların profilinə uyğun kafedralarla yanaşı, bütün ixtisaslara xidmət edən genişprofilli kafedralar da fəaliyyət göstərir: