5 Mar 2014

İLK KAĞIZIN YARANMASI...


Ilk kağızın yaranması...



Bəşər tarixində minlərlə kəşf və ixtraların şahidi oluruq.Həmin kəçflərdən biri də kağızın kəşfidi.Kağızın istehsalı bəşər tarixinin ən böyük yeniliklərindən biri olmaqla sivlizasiyalararası əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.Kağızın meydana gəlməsi ilə bağlı bir-birindən çox da fərqlənməyən mənbələr movcddur.Səlnamələrə əsasən kağız b.e.105-ci ildə Tsay Lun tərəfindən Çində meydana gəlmişdir.Ancaq 1957-ci ildə Çinin şimalında Şensi əyalətində Baotsya mağarasında aparılan tədqiqatlara əsasən kağız ilk dəfə II minillikdə hazırlanıb.Lakin dünya xalqlarına kağız bəxş edən çinlilər uzun müddət-VIII əsrin ortalarına qədər bu kəşfin sirrini gizli saxlamışdılar ki,bu da kağızın dünya ölkələrinə yayılmasına əngəl olmuşdur.
Çinlilər kağızı düzəltməyi  eşşəkarılarından öyrəndiklərini deyirlər.Onlar "əsrlər boyu  kağız  əllə hazırlanıb, xammal kimi əski, çətənə lifi, saman, ağac qabığından istifadə etdiklərini"deyirlər.
Kağızın digər ölkələrə yayılması onun icad edilməsi qədər vacib və əhəmiyyətli proses olmuşdur.Çünki istər qonşu,istər də qonşu olmayan xalqlararası yazışma işlərindən tutmuş, cəmiyyətin informasiya ehtiyacında son dərəcə vacib olan kağızın uzun müddət gizli saxlanılmasına cəmiyyət özü biganə qala bilməzdi.Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi.Eyni zamanda kağızın istehsalı ilk kitab kəşfinin reallaşmasında son dərəcə vacib və həlledici rola malik olmuşdur.
Kağız yazı və  kitab nəşri üçün ümumdünya materialıdır.