-Distant təhsilin Azərbaycan təhsilndə tətbiqi istiqamətində hansı
işlər görmüsünüz ?
İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanda distant və ya məsafədən
təhsil sistemi anlayışı yenidir. Lakin nə qədər yeni olsa da artıq insanlar
arasında böyük maraqla qarşılanmaq və araşdırılmaqdadır. Hal-hazırda
dövlət müəssisələri çərçivəsində real bir sistem movcud olmasa da bu
sahədə müxtəlif addımlar atılır.Əminəm ki, çox yaxın gələcəkdə biz bu-
nun real həyatda tətbiqinə start verəcəyik.
Konkret olaraq işlədiyim Azərbaycan Dillər Universitetində distant təhsil
ilə bağlı universitet Elmi Şurasında təqdimat edilmiş və müzakirə olunar-
aq tətbiq edilmək üçün qəbul edilib. Distant təhsili vacib edən infrastruk-
tur qurulmuş və istifadəyə verilmişdir. İlk növbədə yeni yaradılmış univer-
sitetdaxili intranet sisteminin qurulması üçün yeni komputer proqramının
işlənibhazırlanması, tətbiqi və dərslərin birbaşa yayımlanması və ya sonra-
dan endirilməsi üçün çəkiliş studiyasının yaradılması kimi mühüm məsələ-
ni qeyd etmək istərdim.Əlbətdə ki,ilk başlanan işdə yaranacaq məsələləri
daha operativ həlletmək üçün əvvəlcə eyni qruplarda distant təhsilin ən-
ənəvi təhsil ilə yanaşı aparılması daha düzgün effekt verəcəyini də nəzərə
olmaq lazımdır. Daha kiçikqruplarda xüsusən təhsilin magistrsəviyyəsində
aparılması nəzərdə tutulur.
-Distant və ya məsafədən təhsilin ənənəvi təhsil müqayisədə ən çox
vacib edən amillər hansılardı?
Distant təhsilin birinci şüarı istədiyiniz yerdə və zamanda öyrənməkdir.
Müasir dövrümüzdə məsafədən təhsil forması pedoqoji və texnoloji din-
amikanı özündə ehtiva edir. Bu təhsil forması ilə universitetdə təhsil
sahələrinin inkisaf etdirilib çoxaldılması və təhsilin arealını təkcə
ölkədaxili deyil,eləcə də beynəlxalq səviyyəyə yüksəldilməsi mümkündür.
Belə ki, distant təhsil ilə əmək fəaliyyətinə başlamış gənclər istədikləri
ixtisaslar üzrə təhsillərini davam etdirə və öz təhsillərini başa vuraraq
müxtəlif sahələrdə ixtisaslaşmış ola bilərlər. Məsafədən təhsil onlara kar-
yeralarını davam etdirməyə və öz sahələrində püxtələşməyə yol aça bilər.
Lakin bu yenə də son deyil. Belə ki, distant təhsil eyni zamanda ömürbo-
yu təhsil pro-sesinə də təkan verə bilər. Bu təhsil proqramı ilə tələbələr
yüksək pedoqoji təhsili öz seçdikləri ritm ilə məsafədən almaq şansına ma-
lik olurlar.Bu təhsil forması ilə mütəxəssis hazırlığı üç pillədə,yəni bakal-
avr,magistratura və doktorantura üzrə təqdim oluna bilər.
Distant və ya məsafədən təhsili ənənəvi təhsildən fərqləndirən və vacib
edən bir sıra səbəblər vardır. Birinci növbədə bura təhsilin hər bir kəs
üçün əlçatan olmasıdır. Misal üçün bir sıra kateqoriyaya aid olanların
siyahısına nəzər salaq;
Müxtəlif səbəbdən hərəkətləri məhdud olanlar
(xəstə və əlil insanlar). Peşə fəaliyyəti və ya ailəli olan və gün ərzində dərslərdə
iştirak edə bilməyənlər. Başqa dövlətdə yaşayan lakin müvafiq universitet
diplomunu əldə etmək istəyənlər. Ucqar kənd, qəsəbə və ya rayonlarda yaşayanlar. Eyni zamanda iki universitetdə oxumaq istəyənlər və s.
-Distant və ya məsafədən təhsilin Metod və istiqamətləri ilə ənənəvi
təhsilin metod və istiqamətlərindəki fərqlilik nədən ibarətdir?
Öncə insanlarda çoxlu suallar yaranır ki, internet vasitəsi ilə necə təhsil
almaq və diplom almaq mümkündür. Düşünmək lazım deyil ki, distant
təhsil zamanı ənənəvi təhsildən imtina edilir. Ümumilikdə bu təhsil
növünü seçənlər üçün üç variant təklif olunur;
Tələbə istədiyi vaxt dərslərdə fiziki iştirak edir. Tələbə öz dərslərinə universitetdə yaradılmış internet səhifəsindəki
profili vasitəsi ilə online qoşulur və dərsdə aktiv iştirak edir. Tələbə istədiyi vaxt və zaman dərsləri internet portalından endirir
və dərslərə hazırlaşır.
Bu təhsil proqramı 100% interaktiv təşkil olunur:
Tələbə universitetin bu təhsil forması üçün yaradılmış internet
portalında öz seçimini edir və seçdiyi ixtisas üzrə qeydiyyatdan
keçir. Qeydiyyatın doldurulması və əlavə olunacaq sənədlər tam
şəkildə internet vasitəsi ilə həyata keçirilir. Qeydiyyatdan keçdik-
dən sonra tələbəyə xüsusi kod göndərilir ki, o, universitetin distant
təhsil səhifəsində öz platformasını , eləcə də dərsləri haqqında şəxsi
məlumatları əldə edə bilsin. Distant təhsilin təşkili ilə bağlı tələbəyə
video yazı da göndərilir ki, bu da məsafədən təhsilin necə təşkil olun-
ması ilə bağlı tələbədə yaranmış suallara cavab vermiş olur. Bundan
əlavə sözügüdən portalda istər mesaj vasitəsi ilə, istərsə də telefon ilə
təhsil zamanı yaranmış sualları ünvanlamaq olar.
Distant və ya məsafədən təhsil eyni zamanda tələbəyə də
azadlıq vermiş olur: Tələbə öz ritminə və vaxtına uyğun olaraq təhsil
almış olur. Təhsil evdə, işdə, istirahət edən zaman eləcə də seçilmiş
hər hansi məkanda təkcə internetə qoşulmaqla həyata keçirilir.
Distant təhsil zamanı tələbə eyni zamanada ənənəvi təhsil üçün tələb
olunan xərclərdən də ( kirayə ev, yol xərci və s.) azad olunur.
-Bu təhsil formasının səmərəli tətbiqi üçün dünya praktikasında
hansı normalara daha çox üstünlük verilir?
Distant təhsili daha səmərəli təşkil etmək üçün mütəxəssislər dörd
mərhələdən ibarət forma təklif edirlər :Analiz, inkişaf, tətbiqetmə
və qiymətləndirmə.
Birinci mərhələ məqsəd və ehtiyacların analızıdir ki, bu dərsin mahiy-
yətini və seçilmiş ixtisasın düz olduğunu bir daha araşdırır. Eyni
zamanda təqdim olunan təhsilin keyfiyyət göstəriciləri (pedaqoji
yanaşma, təhsilin məqsədi və s.) də araşdırılır.
İkinci mərhələdə tələbənin dərslərinin aparılmasıdır ki, burada təd-
risin strategiyası təyin olunur və qiymətləndirmənin medotları,
nəticənin kriteriyaları, qazanılmiş bilik və bacarığın tətbiq edil-
məsi və inkişafı aiddir.
Üçüncü mərhələ internetdə təqdim olunan təhsilin tətbiq edilməsidir.
Belə ki, təklif olunan təhsilə uyğun feedbackin olması nəzərdə tutulur.
Dördüncü mərhələdə qiymətləndirmə və yenilənmə nəzərdə tutulur. Bu
mərhələdə pedagoji inkişafın, metodların tətbiq edilməsi və s. nəzərdə
tutulur.
Dərslərin inkişaf prosesi aşağıdakı elementlərdə özünü göstərir :
Tələbələrə təqdim olunacaq kifayyət qədər sadələşdirilmiş təhsil planı İnternet bazasından əldə edilmiş təlim materialları Tələbələrin bilik və bacarıqlarını artırmaq üçün əlavə dərs vəsaitləri Təlimin istiqamətlərinə uyğun təşkil edilmiş qiymətləndirmə metodları.
-Bu təhsilin hansısa mərhələlərlə yoxsa birbaşa tətbiqi
nəzərdə tutulur?
Distant təhsil yeni bir təhsil növü olduğu üçün onun mərhələli tətbiqi
vacibdir. Bunun üçün ilk növbədə bu təhsilin platformasi hazırlanmalı
və təqdim edilməlidir. Bura bir neçə məsələni aid etmək olar;
Distant və ya məsafədən təhsilin xarakteristikası, üstün cəhətləri idarə
olunma mexanizmləri. Distant və ya məsafədən təhsilin formalaşdırıl-
ması və pedoqoji mühitin yaradılması. Bu növ təhsil üçün müəllimlərin
təkmilləşdirilməsi və daha asan mühitin yaradılması. İnteraktiv təlim
strategiyasının, multimedia elementlərinin tətbiqi. Bu bölümdə distant
təhsilin inkişaf etdirilməsi üçün istifadə olunacaq müxtəlif metod və va-
sitələrin istifadə qaydası. Qavramanın idarə edilib qiymətləndirilməsi.
Burada əsas diqqət təhsilin internet vasitəsi ilə düzgün aparılması, dərs-
lərin daha asan qavranılmasının, eləcə də dərslərin yayımının asanlaşdır-
ılması nəzərdə tutulur.
Təhsilin bu forması sinxron və ya asinxron olmaqla iki cür təşkil olunur:
Sinxron- Bu halda hadisələr real olaraq canlı bağlantı ilə həyata keçirilir
və bunun üçün əlaqə qurulur.İstifadə olunan vasitələr: Email, forum,
blog, webnar və s.
Asinxron- Bu halda təhsil alan zamanı özü seçir. Yaddaşa köçürülmüş
dərs internet səhifəsində yerləşdirildikdən sonra tələbə istədiyi vaxt on-
unla tanış olur. İstifadə olunan vasitələr: Çat və ya ani mesajlaşma, dər-
sin audio və video yazısı və s.
Eyni zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər inst-
ruktorlar istərsə də,digər tələbələrlə əlaqələr qura bilərlər ki, bu da həm
sinxron, həm də asinxron ola bilər.
Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün təş-
kil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən
o qədər profesional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə bir-
başa yayımlamaq və yenidən səhifədə yerləşdirmək mümkün olsun. Əl-
bətdə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə müəllimlərin
deyil,eləcə də İKT nin üzərinə düşür ki, bu personalın da təhsil işçisi ol-
maları vacib sayılmır. İnformatiklər internet səhifəni hər zaman nəzarətdə
saxlamalı, dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməlidir-
lər. Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bu-
nun üçün müxtəlif komputer proqramlarından istifadə etmək üçün təlimat-
landırılmalıdırlar. Ümumilikdə distant təhsilin düzgün idarə olunması üç-
ün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas
şərtlərdən sayılır. |
|
|
|
|
|
|
|
|
|