1 Tem 2016

"Azərbaycanda "distant" tehsilə keçidi zəruriləşdirən amillər"

Müsahibim:
Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə 
heyətinin üzvü,
Azərbaycan Dillər Universitetinin rektorun müşaviri,
tarix elimləri üzrə fəlsəfə doktoru və 
Strasburq Universitetinin doktoru Vazeh Əskərov .






-Distant təhsilin Azərbaycan təhsilndə tətbiqi istiqamətində hansı
işlər görmüsünüz ? 

İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanda distant və ya məsafədən
təhsil sistemi anlayışı yenidir. Lakin nə qədər yeni olsa da artıq insanlar
 arasında böyük maraqla qarşılanmaq və araşdırılmaqdadır. Hal-hazırda
dövlət müəssisələri çərçivəsində real bir sistem movcud olmasa da bu
sahədə müxtəlif addımlar atılır.Əminəm ki, çox yaxın gələcəkdə biz bu-
nun real həyatda tətbiqinə start verəcəyik.
Konkret olaraq işlədiyim Azərbaycan Dillər Universitetində distant təhsil
 ilə bağlı universitet Elmi Şurasında təqdimat edilmiş və müzakirə olunar-
aq tətbiq edilmək üçün qəbul edilib. Distant təhsili vacib edən infrastruk-
tur qurulmuş və istifadəyə verilmişdir. İlk növbədə yeni yaradılmış univer-
sitetdaxili intranet sisteminin qurulması üçün yeni komputer proqramının
işlənibhazırlanması, tətbiqi və dərslərin birbaşa yayımlanması və ya sonra-
dan endirilməsi üçün çəkiliş studiyasının yaradılması kimi mühüm məsələ-
ni qeyd etmək istərdim.Əlbətdə ki,ilk başlanan işdə yaranacaq məsələləri 
daha operativ həlletmək üçün əvvəlcə eyni qruplarda distant təhsilin ən-
ənəvi təhsil ilə yanaşı aparılması daha düzgün effekt verəcəyini də nəzərə
 olmaq lazımdır. Daha kiçikqruplarda xüsusən təhsilin magistrsəviyyəsində 
aparılması nəzərdə tutulur.



-Distant və ya məsafədən təhsilin ənənəvi təhsil müqayisədə ən çox

vacib edən amillər hansılardı?

Distant təhsilin birinci şüarı istədiyiniz yerdə və zamanda öyrənməkdir.
Müasir dövrümüzdə məsafədən təhsil forması pedoqoji və texnoloji din-
amikanı özündə ehtiva edir. Bu təhsil forması ilə universitetdə təhsil 
sahələrinin inkisaf etdirilib çoxaldılması və təhsilin arealını təkcə 
ölkədaxili deyil,eləcə də beynəlxalq səviyyəyə yüksəldilməsi mümkündür.
Belə ki, distant təhsil ilə əmək fəaliyyətinə başlamış gənclər istədikləri
ixtisaslar üzrə təhsillərini davam etdirə və öz təhsillərini başa vuraraq 
müxtəlif sahələrdə ixtisaslaşmış ola bilərlər. Məsafədən təhsil onlara kar-
yeralarını davam etdirməyə və öz sahələrində püxtələşməyə yol aça bilər.
 Lakin bu yenə də son deyil. Belə ki, distant təhsil eyni zamanda ömürbo-
yu təhsil pro-sesinə də təkan verə bilər. Bu təhsil proqramı ilə tələbələr
yüksək pedoqoji təhsili öz seçdikləri ritm ilə məsafədən almaq şansına ma-
lik olurlar.Bu təhsil forması ilə mütəxəssis hazırlığı üç pillədə,yəni bakal-
avr,magistratura və doktorantura üzrə təqdim oluna bilər.
Distant və ya məsafədən təhsili ənənəvi təhsildən fərqləndirən və vacib
 edən bir sıra səbəblər vardır. Birinci növbədə bura təhsilin hər bir kəs 
üçün əlçatan olmasıdır. Misal üçün bir sıra kateqoriyaya aid olanların 
siyahısına nəzər salaq;
Müxtəlif səbəbdən hərəkətləri məhdud olanlar 
(xəstə və əlil insanlar).
Peşə fəaliyyəti və ya ailəli olan və gün ərzində dərslərdə 

iştirak edə bilməyənlər.
Başqa dövlətdə yaşayan lakin müvafiq universitet 

diplomunu əldə etmək istəyənlər.
Ucqar kənd, qəsəbə və ya rayonlarda yaşayanlar.
Eyni zamanda iki universitetdə oxumaq istəyənlər və s.



-Distant və ya məsafədən təhsilin Metod və istiqamətləri ilə ənənəvi

təhsilin metod və istiqamətlərindəki fərqlilik nədən ibarətdir?

Öncə insanlarda çoxlu suallar yaranır ki, internet vasitəsi ilə necə təhsil
 almaq və diplom almaq mümkündür. Düşünmək lazım deyil ki, distant
 təhsil zamanı ənənəvi təhsildən imtina edilir. Ümumilikdə bu təhsil
növünü seçənlər üçün üç variant təklif olunur;
Tələbə istədiyi vaxt dərslərdə fiziki iştirak edir. 
Tələbə öz dərslərinə universitetdə yaradılmış internet səhifəsindəki 

profili vasitəsi ilə online qoşulur və dərsdə aktiv iştirak edir. 
Tələbə istədiyi vaxt və zaman dərsləri internet portalından endirir

 və dərslərə hazırlaşır. 
Bu təhsil proqramı 100% interaktiv təşkil olunur:
Tələbə universitetin bu təhsil forması üçün yaradılmış internet
 portalında öz seçimini edir və seçdiyi ixtisas üzrə qeydiyyatdan
 keçir. Qeydiyyatın doldurulması və əlavə olunacaq sənədlər tam
 şəkildə internet vasitəsi ilə həyata keçirilir. Qeydiyyatdan keçdik-
dən sonra tələbəyə xüsusi kod göndərilir ki, o, universitetin distant
 təhsil səhifəsində öz platformasını , eləcə də dərsləri haqqında şəxsi
 məlumatları əldə edə bilsin. Distant təhsilin təşkili ilə bağlı tələbəyə
 video yazı da göndərilir ki, bu da məsafədən təhsilin necə təşkil olun-
ması ilə bağlı tələbədə yaranmış suallara cavab vermiş olur. Bundan
əlavə sözügüdən portalda istər mesaj vasitəsi ilə, istərsə də telefon ilə
 təhsil zamanı yaranmış sualları ünvanlamaq olar.

Distant və ya məsafədən təhsil eyni zamanda tələbəyə də
azadlıq vermiş olur: Tələbə öz ritminə və vaxtına uyğun olaraq təhsil
almış olur. Təhsil evdə, işdə, istirahət edən zaman eləcə də seçilmiş
 hər hansi məkanda təkcə internetə qoşulmaqla həyata keçirilir.
Distant təhsil zamanı tələbə eyni zamanada ənənəvi təhsil üçün tələb
olunan xərclərdən də ( kirayə ev, yol xərci və s.) azad olunur.



-Bu təhsil formasının səmərəli tətbiqi üçün dünya praktikasında
 hansı normalara daha çox üstünlük verilir?

Distant təhsili daha səmərəli təşkil etmək üçün mütəxəssislər dörd
mərhələdən ibarət forma təklif edirlər :Analiz, inkişaf, tətbiqetmə
 qiymətləndirmə.
Birinci mərhələ məqsəd və ehtiyacların analızıdir ki, bu dərsin mahiy-
yətini və seçilmiş ixtisasın düz olduğunu bir daha araşdırır. Eyni
zamanda təqdim olunan təhsilin keyfiyyət göstəriciləri (pedaqoji
 yanaşma, təhsilin məqsədi və s.) də araşdırılır.
İkinci mərhələdə tələbənin dərslərinin aparılmasıdır ki, burada təd-
risin strategiyası təyin olunur və qiymətləndirmənin medotları,
nəticənin kriteriyaları, qazanılmiş bilik və bacarığın tətbiq edil-
məsi və inkişafı aiddir.
Üçüncü mərhələ internetdə təqdim olunan təhsilin tətbiq edilməsidir.
Belə ki, təklif olunan təhsilə uyğun feedbackin olması nəzərdə tutulur.
Dördüncü mərhələdə qiymətləndirmə və yenilənmə nəzərdə tutulur. Bu
mərhələdə pedagoji inkişafın, metodların tətbiq edilməsi və s. nəzərdə
 tutulur.
Dərslərin inkişaf prosesi aşağıdakı elementlərdə özünü göstərir :
Tələbələrə təqdim olunacaq kifayyət qədər sadələşdirilmiş təhsil planı
İnternet bazasından əldə edilmiş təlim materialları
Tələbələrin bilik və bacarıqlarını artırmaq üçün əlavə dərs vəsaitləri
Təlimin istiqamətlərinə uyğun təşkil edilmiş qiymətləndirmə metodları.



-Bu təhsilin hansısa mərhələlərlə yoxsa birbaşa tətbiqi 
nəzərdə tutulur?

Distant təhsil yeni bir təhsil növü olduğu üçün onun mərhələli tətbiqi
vacibdir. Bunun üçün ilk növbədə bu təhsilin platformasi hazırlanmalı
 və təqdim edilməlidir. Bura bir neçə məsələni aid etmək olar;
Distant və ya məsafədən təhsilin xarakteristikası, üstün cəhətləri idarə
olunma mexanizmləri. Distant və ya məsafədən təhsilin formalaşdırıl-
ması və pedoqoji mühitin yaradılması. Bu növ təhsil üçün müəllimlərin
təkmilləşdirilməsi və daha asan mühitin yaradılması. İnteraktiv təlim
strategiyasının, multimedia elementlərinin tətbiqi. Bu bölümdə distant
təhsilin inkişaf etdirilməsi üçün istifadə olunacaq müxtəlif metod və va-
sitələrin istifadə qaydası. Qavramanın idarə edilib qiymətləndirilməsi.
Burada əsas diqqət təhsilin internet vasitəsi ilə düzgün aparılması, dərs-
lərin daha asan qavranılmasının, eləcə də dərslərin yayımının asanlaşdır-
ılması nəzərdə tutulur.
Təhsilin bu forması sinxron və ya asinxron olmaqla iki cür təşkil olunur:
Sinxron- Bu halda hadisələr real olaraq canlı bağlantı ilə həyata keçirilir
və bunun üçün əlaqə qurulur.İstifadə olunan vasitələr: Email, forum, 
blog, webnar və s.
Asinxron- Bu halda təhsil alan zamanı özü seçir. Yaddaşa köçürülmüş
dərs internet səhifəsində yerləşdirildikdən sonra tələbə istədiyi vaxt on-
unla tanış olur. İstifadə olunan vasitələr: Çat və ya ani mesajlaşma, dər-
sin audio və video yazısı və s.
Eyni zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər inst-
ruktorlar istərsə də,digər tələbələrlə əlaqələr qura bilərlər ki, bu da həm
sinxron, həm də asinxron ola bilər.
Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün təş-
kil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən
 o qədər profesional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə bir-
başa yayımlamaq və yenidən səhifədə yerləşdirmək mümkün olsun. Əl-
bətdə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə müəllimlərin
 deyil,eləcə də İKT nin üzərinə düşür ki, bu personalın da təhsil işçisi ol-
maları vacib sayılmır. İnformatiklər internet səhifəni hər zaman nəzarətdə
 saxlamalı, dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməlidir-
lər. Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bu-
nun üçün müxtəlif komputer proqramlarından istifadə etmək üçün təlimat-
landırılmalıdırlar. Ümumilikdə distant təhsilin düzgün idarə olunması üç-
ün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas
 şərtlərdən sayılır. 


22 Şub 2016

"Qizil qaydalari daşlayan efirlərimiz"



             Müasir dövrümüzdə istənilən qədər müxtəlif informasiya vasitələri mövcuddur. Bu normaldı. Ona görə ki , istənilən cəmiyyətdə informasiyaya nə qədər ehtiyac varsa , onun cəmiyətdə yayılması o qədər də vacibdir.İllərlə Azəraycanda senzuranın at çapdığı - söz və mətbuat azadlığının olmadığını bilirik. Azərbaycan mətbuatının inkişafının ölkəmizin müstəqillik qazanması ilə başlaması və bu illərdən başlayaraq söz və mətbuat azadlığının gordan qalxdığını da bilirik.
1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin senzuranın ləğvi barədə fərman imzalaması və müxtəlif illərədə mətbuatla bağlı qanunların imzalanması Azərbaycanda bu sahədə daha da inkişafa yol açdı.Danılmazdı ki , indi Azərbaycan informasiya sahəsində öz sözünü deyən ölkələr sırasındadır və dünyanın ən böyük KİV-ləri ilə informasiya mübadiləsindədir.
Mətbuatı, jurnalistika elmini yüksən qiymətləndirən  ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrini müdafiə edərək , mətbuatın inkişafına hərtərəfli şəraiti yaradıb. Bu günki informasiya agentliklərinin müstəqil fəaliyyət göstərməsi ölkə rəhəbrinin bu sahədə olan diqqət və qayğısı sayəsindəndi.
Şərəfli tarixi olan milli mətbuatımız , ancaq bu gün başqa problemlər - peşə etikası (qızıl qaylar) ilə bağlı problemlər yaşayır.Mən əminliklə deyirəm ki , bu gün Azərbaycan KİV-də ən başlıca problem etik kodekslərə biganəlikdir. Bu biganəliyin nəticəsidir ki , demək olar ki, hər gün Azərbaycan efrində biabırçılıq – qeyri-etik hadisələr baş alıb gedir. Bu etik kodekslərin pozulması daha çox televiziyalarda baş verir.
Televerlişlərdə səslənən qeyri-əxlaqi ifadələr , təhqirlər , bir-birə sataşmalar , özbaşınalıqlar , mövzudan kənar movzular və s . buna bənzər nələr ... nələr ...
Dünyanın bir sıra ölkələrində televiziya haqqında sərt qanun olduğunuz bilirik.Onların efirlərində də qeyri-etik hadisələr baş verdiyini , utancverici halların olduğunu bilirik. Ancaq , bu sahədə onlarda olan qanun sərtliyi nə bizddə var , nə də belə hallar bizdəki qədər çoxdu.
Onlarda belə hallar baş verəndə ciddi cəzalandırma mutləqdir. Bu hallar təkrarlananda kanalın birdəfəlik bağlanması gündəmə gəlirsə , bizdə verlişin. 
Qızıl qaydaların pozulması bir - iki üzürlə yekunlaşır . Vəssəlam! Sanki , heç bir şey baş vermiyib. Xalqın evində , xalqın gözü qarşısında ədəbsizlik elə , sonda da müxtəlif bəhanələrə özünə haqq qazandır. Bir verlişdə əbədsizlik et , növbəti verlişdə üzür istə.Rəhbərliklə birlikdə.
 Efirdə olan bu qədər biabırçılıqlara - “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulma hallarının hansında şahid olmuşuq ki hansısa ciddi bir tədbir görülsün ?! Haçana kimi xəbərdarlıq etməklə kifayətləniləçək?
“Dəmiri isti – isti döyərlər” – deyirlər. Əgər bu şura indiyə qədər xəbərdarlıq etməklə və üzüristəmələri qəbul etməklə kifayətlənməsəydi bir kanalda dəfələrlə və digər kanallarda da biabırçılıq olmazdı , efirlər əxlaqı zəiflərin şəxsi məsələlərinin çözüm məkanına çevrilməzdi .
Əminliklə deyə bilərəm ki, dövrümüzdəki KİV-də olan bu problemləri yaradan əsas səbəblərdən biri də bu sahədən xəbərsiz olanların bu sahədə olmaları - işlə təmin olunmaları səbəbindən baş verir. Yanılmadan deyə bilərik ki , hazırda KİV-də işləyənlər və xüsusən də , televiziyada işləyənlər sırasında bu sahə üzrə təhsil almayanlar , alanlardan çoxdu.Dəfələrlə çoxdu. Azərbaycan televiziyaları ürəyi istəyən kəslərin iş yerinə çevrilib. Düzdü,bu gün Azərbaycanda peşəkar jurnalistlər çox az olsa da , var. Çox az!
Maşallah! Müğənnidi gəlib efir idarə edir, aktiyordu, aktirisadı gəlib efir idarə edir, həkimdi gəlib efir idarə edir – “jurnalist” edib, efirlərə çıxarıblar. Gördünüz mü necə bir sual yarandı?
 Kim edib? ... kim çıxarıb?...
Yüz dərənin başın da bir tap kəsir!
Balığın da ki hardan iylənməsi məlumdur...
Kimin imkanı var, kim özünü yaraşıqlı sayır çıxıb xalqın qarşısında istədiyini edir.
Jurnalist olmaq istəyən gənclər üçün qabiliyyət imtahanı tələb edilir. Amma , bu gün Azərbaycan efirlərini bəzəyən “jurnalist”lərin 99 faizi bu qabiliyyətdən uzaq olanlardı . Savadı olmayanları ,bu sahədə təhsil almayanlari, bu sahənin sirlərini bilməyənləri nə üçün çıxardırlar xalqın qarşısına ki , xalqla da oynasınlar , xalqı da , dövləti də təhqir etsinlər ?
Dördüncü hakimiyyəti , öz bildikləri qaydada idarə etsinlər.İnformasiyanın cəmiyyət həyatındakı rolunu heçə endirsinlər.
Müasir dünyada ən çox informasiya müharibəsinə məruz qalan ölkələrədən biri də Azərbaycandı. Ölkə cəmiyyətinin güzgüsündə - televizyasında bu cürə halların anoloji hal alması bu müharibədə məğlubiyyətin əsas səbəblərindən başqa heç nə ola bilməz. Dünya ölkələrində olduğu kimi Azərbaycanda da ənənvi mediyanın inkişafı ilə müqayisə də internet mediyası daha çox inkişafdadı. Əlbəttə , Azərbaycanın beynəlxalq imicinin formalaşmasında , ona qarşı informasiya müharibəsində internet mediyasının rolu danəlmazdı. Püxtələşmə yoxdu. Məsələn, ötən illərdə ordu ilə bağlı baş verən anoloji hadisələri göstərmək olar. Hansısa sayıt , xəbər portalı öz reytini xatirinə ağzına gələni yazması bəhs etdiyimiz problemlərin elə yaranma səbəblərindəndi.Bu Azərbaycanda  ənənəvi mediya ilə yanaşı internet mediyasında qızıl qaydalara əməl edilmədiyini göstərir.
Ölkə rəhbəri - cənab prezident İlham Əliyevin ənənvi və internet mediyasına olan qayğı və diqqəti bu sahənin daha da inkişaf etməsinə səbəbdir.
KIV-in qayğısına qalan cənab prezidentin bir necə ay öncə KİV nümayəndələri ilə bağlı sərəncamı bu sahəyə diqqət və qayğının təzahürüdür. Ölkə rəhbərinin həmişə diqqətində olan bir sahədə olan bur cürə özbaşınalığa , biabrçılığa səbəb olanlar nə düşünür ,  bilmirəm...