
Son zamanlar gənc yazarlarından olan tarix elmlər namizədi, əməkdar jurnalist Natiq Məmmədli real həyat hekayələrini qələmə aldığı "Ləyaqət düsturu” kitabı ilə qısa müddətdə istedadlı yazar olduğunu təsdiq etdi.
Əvvəla onu deyək ki,bəşəri mövzuları özündə ehtiva edən əsərə zamanla,dövrlə qiymət verilmir. Bu cür əsərlərlə ədəbiyyatımız zəngindi.Qədim dövrdə Nizaminin,orta dövrdə Füzulinin,bəşəri ideaları bu günkü ədəbiyyatımızın başucalığıdır.Həmin ideaları müasir ədəbiyyatımızda yaşadan əsərlər az deyil.O cürə ustalıqda olmadıqlarına baxmayaraq belə.
Şəxsən mənim üçün sevindirici haldır ki, Natiq Məmmədlinin "Ləyaqət düsturu” adlı hekayələr kitabı maraqlı və qiymətlidir.Həmin hekayələri mütaliə etdikdən sonra özümdə mənəvi cəhətdən daha da qidalandığımı,həmin hekayələrdə çox ustalıqla çözülən real hadisələrə yanaşma tərzimin dəyişdiyini hiss etməyə bilmirəm. Əlbətdə bunlar məhs kitabın dəyərli olmasının, təsir gücünü göstərən amillərdir. Hekayələri diqqətlə oxuduqda Natiq müəllimin nə dediyini,hansı bəşəri mövzuları gündəmə gətirdiyini çox aydın hiss edirsən.
Vahid süjet xətti olmayan, müxtəlif mövzuda, ancaq sadə dillə qələmə alınmış 18 hekayədən ibarət olan bu kitab həcmcə kiçik olsa da, mənaca dərindir. Həmin hekayələri oxuduqda onların hər birinin müxtəlif hadisələrdən bəhs etdiyini görürük.Maraqlıdır ki müəllif həmin hadisələrdə şahid kimi çıxış edir. Bu da həmin hadisələrin həm təsir gücünün artması,həm də reallığı baxmından çox əhəmiyyətlidir.
Kitab elə birinci hekayənin adıyla başlayır- "Ləyaqət düsturu" hekayəsi ilə.Olduqca sadə, anlaşıqlı dildə yazılan hekayələr toplusu içində diqqəti daha da çəkən hekayələrdəndir.Bu hekayəni oxuyanda istər qədim dövr,istərsə də orta dövr ədəbiyyatı xəyalımda canlandı.
Bu cürə kiçik bir hekaydə - "Ləyaqət düsturu” hekayəsində müəllif bir neçə obrazın simasında bu düsturun açılışını çox aydın açır.Cəmiyyətdə müəyyən nüfuza, vəzifəyə sahib olan bir şəxs üçün öz ləyaqətinin qiymətini pulda,var-dövlətdə,gah da fermer təsərrüfatının qiyməti ilə ölçməsi,ləyaqətinin tedilməsi əvəzi kimi cərimə tələb etməsi məhs onun özünün faciəsidir.Yazıçı hekayənin qəhramanı Cəsarət müəllimin simasında bunu tam acıb,ortaya qoyur.O,pulu insani dəyərlərdən - vicdan, şərəf və ləyaqətdən üstün tutur, pulla hər şeyin həlli görür.
Kiçik bir dioloqa nəzər salaq :
"- Qeyrət, səncə mənim ləyaqətim neçəyə olar?
-Ürəyin nə qədər istəsə. Mən ərizəni yazıb, necə lazımdır əsaslandıraram. Qiymətini isə sən de.
-Özün deyə bilmirsən?
-Cəsarət müəllim, qorxuram mən dediyim az çıxa, özünüz bilən məsləhətdir.
-Deyirsən mənim ürəyimdən neçə keçsə deyə bilərəm?
-Əlbəttə, ləyaqət sənindir, neçəyə isətəsən, sata bilərsən...e-e-eh, üzr istəyirəm, qiymət qoya bilərsən..."
Razılaşaq ki,müəllifin bu kiçik dioloqla nə dediyini anlamaq çox asanddır.
Ümumuilikdə "Ləyaqət düsturu" hekayəsi ləyaqəti pulla ölçən şəxslərin haqqında yazılmış hekayədir və onun də əsas məğzini də bu təşkil edir.Hesab edirəm ki,"Ləyaqət düsturu" hekayənin hədəflərinə arnamə,bu hədəflərə meyillilərə isə ibrətnamədir.Daha doğrusu,yazıçı Cəsarət müəllim,Qerət və bu tipli insanlara bədii yolla,lakin çox ustalıqla "ar olsun"deyirsə,digərlərinə istər oxuclara,istərsə də o cürə insanları taniyanlara bundan ibrət almaqlarını göstərir.
Sonda gənc yazar Natiq müəllimə uğurlar arzulayır və sənət yolunun hər zaman yolçusu olmasını diləyirik...
Kainat Şirinov
ADU-nun Filologiya və Jurnalistika fakültəsinin II kurs tələbəsi
.







0 şərh:
Yorum Gönder